Yuxarı

Mobil rabitə: Paytaxt və bölgələrə qoyulan fərqlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə fəaliyyət göstərən mobil operatorların tarif siyasəti vətəndaşların haqlı narazılığına səbəb olub. Hər üç şirkət Bakıdan fərqli olaraq regionlarda daha aşağı qiymətlərlə xidmət göstərir və bunu hər gün reklam etməkdən çəkinmirlər.

Ən bahalı mobil operator olan "Azercell" Bakı və Abşeron yarmadası istisna olmaqla bütün rayonlarda 3-cü dəqiqədən sonra pulsuz danışmaq imkanı verib. Regiondakı "Azercell" abunəçiləri cəmi 14 qəpik ödəyərək istədikləri qədər danışa bilərlər. Əlavə olaraq, "sevimli nömrə" tarifini əldə edərək daha böyük endirim qazanırlar. Bölgələrdə digər operatorlara zənglərin qiyməti də aşagıdır - bir dəqiqəsi 5 qəpik. Paytaxtda isə "Azercell"lilərə danışığın dəqiqəsi 7 qəpiyə, diğər operatora zənglər isə 10 qəpiyə başa gəlir.

Bu vəziyyət digər mobil rabitə xidmətlərində də mövcuddur. "Bakcell" artıq iki ildir regionlarda "Doğma cin" tarifini tətbiq edir. Burada danışığın dəqiqəsi 2 qəpikdir. Həmin tariflə digər operatorlara zənglər də ucuz başa gəlir – 1 dəqiqə 5 qəpik. Sevimli nömrə ilə danışmaq isə 1 saatı cəmi 2 qəpik xərc tələb edir.

Hər tərəfə 4 qəpik tarifi ilə rəqiblərini geridə qoyan "Nar mobile" da region əhalisini unutmayıb. Bakı və Abşeron yarımadası xaric bütün rayonlarda 2 manatlıq danışıq kartı yükləyən "Nar" abunəçisinə 30 dəqiqə pulsuz danışıq imkanı verilir. Kartların qiyməti artdıqca pulsuz dəqiqələrin müddəti də artırılır.

Bəs hüquq nə deyir?

Vətəndaşlar arasında fərq qoyulmasının iqtisadi və hüquqi tərəflərini araşdırmağa çalışdıq. "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir: "Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir".

"Axar.az"a açıqlamasında hüquqşünas ekspert Ənnağı Məmmədli mobil operatorların paytaxtla regionlar arasında tarif fərqlərinə hüquqi qiymət verib. Onun fikrincə, regionlarda güzəştlərin tətbiq edilməsi vətəndaşların konstitusiyon hüqularına ziddir:

"Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi vətəndaşların hüquq bərabərliyi prinsipini özündə ehtiva edir.Maddəyə görə, hər bir vətəndaş qanun qarşısında bərabərdir. Lakin istehlakçılara yaşayış yerinə görə fərqli güzəştlərin tətbiq edilməsi bərabərlik hüququnun pozulması hesab olunmalıdır".

Məsələnin iqtisadi tərəflərinə aydınlıq gətirən iqtisadçı Rövşən Ağayev isə Bakı ilə regionlar arasında fərqli tarif siyasətinin mümkün olduğunu bildirdi:

"Mən burada bir iqtisadi qanunauyğunsuzluq görmürəm. Özəl şirkət olduğundan mobil rabitə xidmətlərinin qiymət siyasətinə dövlət müdaxilə edə bilməz. Yəqin onlar da hesab edirlər ki, regionlarda əhalinin gəlirləri azdır. Ona əsasən də həmin bölgələr üçün ayrı qiymət tətbiq edirlər. Bu onların bazar münasibətlərindən doğan hüquqlarıdır".

Pay bölgüsü bəlli deyil

Lakin digər tərəfdən bazar iqtisadiyyatı prinsiplərinin hələ ki, Azərbaycanda tam işləmədiyini deyən R.Ağayev mobil operatorların bazardakı pay bölgüsünün açıqlanmadığını, bu sahədə şəffaflığın olmadığını vurğuladı. Onun fikrincə, pay bölgüsü bəlli olarsa, onların monopolist olub-olmadığı üzə çıxacaq. Əgər hər hansı şirkət bazarda inhisarçılıq edirsə, qanunla dövlət onun tarif siyasətinə müdaxilə edə bilər. R.Ağayev bu məlumatların açıqlanmamasını vətəndaşların hüquqlarının tapdanması kimi qiymətləndirdi. Əlavə etdi ki, tariflərin tənzimlənməsində paytaxtla regionlar arasında fərq qoymadan da dəyişən qiymətlər tətbiq etmək mümkündür:

"Məsələn, bir çox ölkələrin təcrübəsində günün müəyyən saatlarında tariflərin dəyişməsi təcrübəsi var. Mobil operatorlar gecə və gündüz saatlarında fərqli qiymətlər tətbiq etməklə vətəndaşlara da güzəşt etmiş olarlar. Həm də bu qiymətlər bütün bölgələr üçün keçərli olmalıdır".

Tarix
2014.01.04 / 19:30
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Azərbaycan bu təşkilatın tamhüquqlu üzvü oldu

Ölkəmizə Avropada şər atan daha bir azərbaycanlı - Foto

Eritreyada saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi

Bakı ilə saziş imzalansa da, müşahidəçilər yenə qalacaq

Azərbaycanın narahatlığına Türkiyə nöqtə qoydu

Ermənistan ordusu hərəkətləndi: hara gedir? – Video

Yüzminlərlə azərbaycanlı ayağa qalxdı: Təbriz də başlasa…

İmamoğlunun həbsinə ABŞ və AB-nin fərqli reaksiyasının sirri

Ankara Bakıdan xəbərsiz bu addımı atmayacaq - Kılıç

Bakı və Ankara arasında nifaq toxumu... - Türk general açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla