Yuxarı

Qobuda qətl törədib evi yandıran şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu Qobu qəsəbəsində bir neçə gün əvvəl baş verən ağır cinayətin üstü açılıb.

DİN-dən Axar.az-a bildirilib ki, həmin qəsəbə ərazisində yaşayan Ülfət Höccətovun yaşadığı evdə yanmış meyitinin aşkar olunması ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə göndərilib.

Araşdırma zamanı təxminən 100 kv.m sahəsi olan, 1 mərtəbəli, 4 otaqlı evin yandığı, həyətin darvazasının açıq olduğu aşkar olunub. Həmçinin evin yaxınlığında qan izlərinin aşkar olunması polis əməkdaşlarında hadisənin qəsdən törədildiyinə dair əsaslı şübhələr yaradıb. Ü.Höccətovun yanmış meyidinin müayinəsi zamanı onun sinə və kürək nahiyyələrində kəsici-deşici xəsarətlər olması aşkar edildiyindən onun hadisədən əvvəl qətlə yetirildiyi müəyyən edilib. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əmədaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Cahangir Ramazanov saxlanılaraq prokurorluğa təqdim edilib. İlkin araşdırmalar zamanı onun qətl hadisəsini Ü.Höccətovla şəxsi münasibətlər zəmində aralarında yaranan münaqişə zamanı törətdiyi məlum olub. Cahangir Ramazanov hadisəni əvvəlcədən planlaşdırdığını və qətli törədəndən sonra hadisə yerindən yayınan zaman üst geyimini dəyişdiyini bildirib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qətl hadisəsində başqa iştirakçıların olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2021.07.20 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla