Yuxarı

“TikTok”da narkotiki təbliğ edən 6 nəfər tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“TikTok”da narkotiki təbliğ edən 6 nəfər tutuldu - Video

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Axar.az xəbər verir ki, tədbir nəticəsində Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub. Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 6 nəfər - Nuri Şahin, Cuma Məmmədov, Mirdamət Qasımlı, Emil Xanəliyev,Tərlan Zeynalov və Türkanə Abdullazadə qısa zamanda saxlanılıblar.

Türkanə Abdullazadədən əlavə olaraq 10 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.

Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəməyə göndərilib.

Tarix
2021.07.28 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının Ukrayna ilə bağlı mövqeyi... - Kremldən açıqlama

Prezidentə dəhşətli məktub: Heç kim onlara bata bilmir...

Ötən il İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə...

ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi

Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi

Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...

Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevdən Makrona: Yeni dövr başladı!

İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla