Yuxarı

Azərbaycanlı gənc ixtiraçı daha bir uğur qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənc sahibkar Reyhan Camalova iyulun 22-25-də Almaniyanın Münhen şəhərində keçirilmiş virtual “One Young World” (OYW) – 2021 ümumdünya gənclər sammitində BP-nin beynəlxalq nümayəndə heyətinə qatılıb.

Axar.az xəbər verir ki, R.Camalova BP qrupunun dünya üzrə 350 nəfərdən artıq ərizəçi arasından seçdiyi altı “Xalis sıfır” təqaüdçüsündən biri olub.

R. Camalova 14 yaşında “Rainergy” qurğusunu icad edib. Bu qurğu yağışlı iqlimə malik azgəlirli ölkələrdə enerji çatışmazlığı problemini həll etmək üçün yağış suyundan elektrik enerjisinin istehsal edilməsi üçün layihələndirilib. “Rainergy” yağış suyunu toplayır və ondan elektrik enerjisi istehsal etmək üçün istifadə edir.

R. Camalova “OYW” sammitindəki təcrübəsi barədə bunları bölüşüb: “BP-nin “Xalis sıfır” təqaüdünə layiq görülməyim, “Rainergy” qurğusunun bərpa olunan enerji mənbəyi kimi əhəmiyyətini vurğulayır. BP nümayəndə heyətinin tərkibində “OYW” gənclər sammitində iştirak etmək mənə özümü yeni tərəfdən kəşf etmək və bir sıra müsbət cəhətlərimin önə çıxması üçün əla imkan oldu. Sammitdə mənimlə eyni düşüncə tərzinə malik insanlarla ünsiyyət qurmaq, onların ilhamverici uğur hekayələrini dinləmək və müxtəlif mövzularda öz biliklərimi genişləndirmək imkanım olub.”

“OYW” sammiti daha məsuliyyətli və daha effektiv liderləri olan daha yaxşı bir dünya qurmaq üçün dünyanın ən nüfuzlu gənc liderlərini bir araya gətirən, onları təşviq edən və birləşdirən ən böyük toplantılardan biridir.

Qeyd edək ki, BP qrupu 2016-cı ildən “OYW” sammitinə qoşulmaqla dünya miqyasında müsbət təsir yarada biləcək gənc liderləri təşviq edir və dəstəkləyir. Bu əməkdaşlıq çərçivəsində BP hazırda insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləyən gənc innovatorları müəyyənləşdirməyə və onlarla ünsiyyət qurmağa yönəlmiş “Xalis sıfır” təqaüd proqramını yaradıb. Bu şirkətin 2050-ci ilədək və ya daha tez müddətdə “xalis sıfır emissiyalı” şirkətə çevrilmək və dünyanın da xalis sıfır hədəfinə çatmasına yardım etmək məqsədi daşıyan yeni strategiyamıza və hədəfimizə uyğundur.

Tarix
2021.07.29 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla