Yuxarı

Toğanalı–Kəlbəcər–İstisu yolunda son vəziyyət açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toğanalı–Kəlbəcər–İstisu yolunda son vəziyyət açıqlandı

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 89%-i icra olunub.

Bu barədə Axar.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunub ki, dünyanın ən uzun tunellərindən biri olan Murovdağ tunelində asfaltlanma işləri aparılır. Uzunluğu 11,7 km olan tunel Toğanalı-Kəlbəcər-İstisu yolunun 13.5-ci km-də inşa edilir.

Uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu yolu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən mühüm layihələrindən biri sayılır.

Yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 3250 metrədək artır. Avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi aparılır.

Bildirilib ki, Murovdağ tuneli uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə 1-cidir. Tuneldə fövqaladə hallar üçün sağ və sol hissələri birləşdirən 38 keçid tuneli də inşa edilib.

Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilib.

Məlumata görə, bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.

Tarix
2026.06.29 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla