Yuxarı

Etibar Mirzəyev Türkiyədə: Səfərimin məqsədi budur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Etibar Mirzəyev Türkiyədə: Səfərimin məqsədi budur - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşları da Türkiyə Respublikasında səfərdədir.

Axar.az xəbər verir ki, səfər çərçivəsində nazir müavini E.Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ərsoyla görüşüb. E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına gəldiyini deyib.

Nazir müavini səfərinin məqsədinin Türkiyəyə yardıma gələn Azərbaycan yanğın-xilasetmə qüvvələrinin koordinasiyasının idarə edilməsinin təşkili olduğunu vurğulayıb. Etibar Mirzəyev Azərbaycan FHN-in qüvvələrinin yanğınsöndürmə istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb. Nazir müavini E.Mirzəyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupunun da artıq qardaş Türkiyə Respublikasında olduğunu xatırladaraq, qrupun tərkibi və imkanları barədə ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ərsoy göstərilən dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.

Tarix
2021.08.03 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla