Yuxarı

Azərbaycanda ceyran güllə ilə vurulub? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Milli Parkında ceyranın güllə ilə vurularaq yaralanması barədə sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlamasında avqustun 9-da Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyranın tutularaq müayinə olunduğunu bildirib.

“İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb. Ceyrandakı xəsarət güllə yarası deyil. Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.

A.Səmədova qeyd edib ki, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil:

“Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.

Tarix
2021.08.10 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla