
3 il sonra yenidən İstanbulda: Ukrayna üçün mühüm görüş...
07:00
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb.
Səhiyyə Nazirliyindən Axar.az-a verilən məluamata görə, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib.
Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.
Tarix
2021.08.25 / 12:51
|
Müəllif
Axar.az
|