Yuxarı

Pirsaat su anbarı qurudu, əhali susuz qaldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunun Pirsaat, Nəvahi qəsəbələrinin, Rəncbər, Qubalıbaloğlan və Atbulaq kəndlərinin əhatə etdiyi ərazilərdəki kənd təsərrüfatı sahələri susuzluqdan məhv olub. Buna səbəb Pirsaat su anbarının qurumasıdır.

Bu barədə Axar.az-a Hacıqabul sakinlərinin müraciəti daxil olub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Hacıqabul rayon Suvarma Sistemləri İdarəsinin rəisi İbrahim İbrahimov bildirib ki, rayonun su problemi dövlət səviyyəsində qaldırılıb:

“Su Komissiyasının üzvləri Pirsaat su anbarına baxış keçirdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidə hidrometeoroloji ölçmələr aparıldı. Hazırda məsələnin həlli ilə bağlı işlər gedir”.

Ətraf mühit və su məsələləri üzrə ekspert Rövşən Abbasov isə açıqlamasında qeyd edib ki, Pirsaat çayı o qədər də bolsulu çay deyil, avqustun axırlarında çayın quruması gözlənilən haldır:

“Pirsaat su anbarının tikilməsində əsas məqsəd yaz vaxtı yağıntı sularını yığıb ilin isti dövründə əhaliyə vermək idi. Təəssüf ki, su anbarı artıq bu ehtiyacları ödəyə bilmir. Qurumanın səbəbi anbarın tutumunun azalmasıdır. Çünki çayla gətirilən lillər su anbarını doldurub. Bu səbəbdən anbarda çox su yığmaq olmur, nəticədə su tez qurtarır. Təkcə sözügedən yaşayış məntəqələrində deyil, hətta Qobustan rayonundakı qışlaqların su təminatında da ciddi problem yaranıb”.

R.Abbasov bildirib ki, bəzi kəndlər Bakı su kəməri vasitəsilə içməli su ehtiyaclarını ödəsələr də, bəziləri quyu qazmağa məcburdurlar:

“40 metrə qədər qazıla bilən bu quyular çox bahadır və ehtiyacları ödəmir. Əraziyə Kür çayından su çəkilməsi yeni investisiya tələb edir. Kür çayı ərazidən çox aşağıda yerləşir. Su çəkmək üçün güclü motorlar lazımdır. Onu da nəzərə alaq ki, Kürün özündə də su yoxdur. Məsələnin daha müasir həlli yolu tapılmalıdır. İlk növbədə Pirsaat su anbarı yenidən qazılmalı, tutumu artırılmalı, anbar təmir olunmalıdır. Sudan qənaətlə istifadə texnologiyasına keçid olmalıdır. Əvvəl selləmə suvarılması ilə əraziləri suvarırdıqsa, artıq o qədər su yoxdur. Həmçinin yeraltı suvarılmaya keçmək lazımdır. Kənd təsərrüfatında dayanıqlı bitkilər əkmək lazımdır. Su əvvəlki illərlə müqayisədə daha qiymətli sərvət olub. İnsanlar suya qənaət etməyi artıq öyrənməlidirlər”.

Qeyd edək ki, Pirsaat su anbarı 1964-cü ildə Hacıqabul rayonunda Pirsaat çayı üzərində tikilib. Hidroqurğu 2003-2010-cu illərdə yenidən qurularaq daha da genişləndirilib. Anbarın ümumi həcmi 17, faydalı həcmi isə 12 milyon kub metrdir. Su anbarı Pirsaat çayı və digər dağ çayları ilə yanaşı, həm də yağış suları hesabına dolur. Anbarın suyu iki kanal vasitəsilə rayona axıdılır və 5,5 min hektar əkin sahəsi suvarılır.

Tarix
2021.09.10 / 10:40
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla