Yuxarı

Bakıda "patı" açıq reklam olunur: polis hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda "patı" açıq reklam olunur: polis hərəkətə keçdi

Bakıda narkotik alverçilərinin onlayn şəbəkəsi yaranıb. Narkotik alverçiləri, xüsusilə də "patı" (Metamfetamin) alverçiləri artıq sosial şəbəkə vasitəsilə onlayn çatdırma xidməti təklif edirlər. Həmin şəxslər "Telegram" və digər sosial şəbəkələrdə elanlar verməklə narkotik maddələri ünvana çatdırma xidməti təklif edirlər.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda isə daha biabırçı vəziyyət yaranıb. Naməlum şəxslər narkotik maddələrin onlayn çatdırılması ilə bağlı olan sosial şəbəkə hesablarındakı "nik"lərini artıq yaşayış binalarının giriş bloklarına elan kimi yapışdırmaqla narkotik alverini təbliğ edirlər. Həmin şəxslər adıçəkilən virtual hesablarda "patı" və digər narkotik vasitələrin onlayn çatdırılma üsullarını da açıqlayırlar.

Məsələ ilə bağlı danşan DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, artıq adıçəkilən ərazidə elanların yerləşdirilməsi və sosial şəbəkələrdəki həmin hesablarla bağlı araşdırmalara başlanılıb.

Tarix
2021.09.14 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla