Yuxarı

Azərbaycana qəbul olan əfqan tələbələr... - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana qəbul olan əfqan tələbələr... - Nazirlik

Hazırda Əfqanıstanın müvafiq qurumları ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsini araşdırırıq.

Axar.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.

Şöbə müdiri xatırladıb ki, orada sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb: "Əfqan tələbələrin bir hissəsi ölkəmizdədir. Amma bizi daha çox maraqlandıran yeni qəbul olunan tələbələrin aqibətidir. Misal olaraq, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək? Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır. Çünki burada yaşayır, pul xərcləyir. Bu kontekstdə hələ ki, bizə dəqiq məlumat verilməyib. Bilmirik ki, onlar gələ biləcək, ya yox, gəlsə, hansı şərtlərlə gələcək və nə vaxt gələcək. Ona görə də biz gözləmə mövqeyindəyik".

O, eyni zamanda, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbənin olmadığını da əlavə edib.

Tarix
2021.09.17 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

Rusiya səfiri XİN-ə çağırıldı - Bakıdan nota

Peter Staray Azərbaycana gəlir

İlham Əliyev iki fərman imzaladı

Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Ölkəmizin xarici siyasəti qlobal sülhə real töhfələr verir

Bakı və İrəvan malların siyahısını mübadilə etdi - Papoyan

Prezident: Azərbaycan bölgədəki vəziyyətdən narahatdır

İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla