Yuxarı

İdmançı jurnalisti hədələdi: Nazirə müraciət ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançı jurnalisti hədələdi: Nazirə müraciət ediləcək

“Olimpus Park” şirkətinin rəhbəri Rafael Qarayevin dayısı oğlu, idmançı Vüqar Fərəcli “Yeni Müsavat”ın jurnalisti İlkin Muradovu hədələyib.

Axar.az xəbər verir ki, buna səbəb kimi V.Fərəcli jurnalistin “yoxlanılmamış materiallar” dərc etdiyini bildirib.

Vüqar Fərəcli hədə-qorxu gələrək sosial şəbəkə hesabında vaxtı ilə mərhum jurnalist Rasim Əliyevə vurulan yumruqlardan İlkin Muradova da vurmaq lazım olduğunu qeyd edib. Şirkətin rəhbəri olan Rafael Qarayevin ətrafında olan xeyli sayda idmançı var ki, onların çoxu da bu şirkətdə çalışır. Onlardan biri də Vüqar Fərəclidir.

Jurnalist İlkin Muradov məsələ ilə bağlı artıq “Yeni Müsavat” Media Qrupunun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib. Onun sözlərinə görə, artıq neçənci dəfədir ki, ”Olimpus Park" şirkətinin rəhbərliyinin həm vətəndaşlara, həm də jurnalistlərə qarşı kobud davranış nümayiş etdirdiyinin, hədə-qorxu gəldiyinin şahidi oluruq.

“Əgər əvvəllər şirkət rəhbərliyi hadisə yerində vətəndaşlarla əlbəyaxa davaya çıxırdılarsa, indi də virtual olaraq jurnalistlərə, sakinlərə hədə-qorxu gəlməyə başlayıb. Hesab edirəm ki, artıq məsələni hüquq müstəvisinə çıxartdıqdan sonra bu, onların edə biləcəyi son addım olacaq”, - jurnalist deyib.

Tarix
2021.09.18 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla