Yuxarı

Qanunsuz sərnişin daşıyanlar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanunsuz sərnişin daşıyanlar cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsinə qarşı monitorinq keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, monitorinq zamanı ölkənin qərb rayon və şəhərlərindən paytaxt Bakıya eləcə də respublikanın digər şəhər və rayonlarına tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımaları aşkar edilib.

Polis əməkdaşları vətəndaşlar ilə bir daha profilaktiki söhbətlər apararaq onlara mövcud qanunların tələblərini izah edib. Aşkar edilən faktlar üzrə 16 nəfər şəxs barəsində inzibati protokol tərtib edilib.

Tarix
2021.09.19 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla