Yuxarı

Dövlət Komitəsinin əməkdaşları Dağıstana səfər etdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Komitəsinin əməkdaşları Dağıstana səfər etdilər

Rusiya Federasiyasının Dağıstan Respublikasında səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Mahaçqala şəhərində yerli hakimiyyət nümayəndələri və diasporumuzun üzvləri ilə görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə görüşdən əvvəl komitə əməkdaşları və diaspor nümayəndələri Azərbaycanın görkəmli dövlət və elm xadimi, 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Əziz Əliyevin Mahaçqala şəhərindəki abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb və görkəmli dövlət xadiminin xatirəsi ehtiramla yad olunub.

Dağıstanın milli siyasət və dini işlər üzrə nazirinin birinci müavini Harun Davudovla görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Aydın Mahmudov və Kamal Müvəffəqi, Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov, “Oqonyok” düşərgəsinin rəhbəri Məhəmmədsalam Xəlilov iştirak ediblər.

Görüşdə Azərbaycanla Dağıstan Respublikası arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin Rusiya-Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrin vacib amili olmasından, dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin bu əlaqələrin möhkəmləndirilməsi və dinamik inkişaf etməsi naminə müstəsna xidmətlər göstərməsindən, Azərbaycan diasporunun respublikanın ictimai-siyasi və humanitar həyatına bəxş etdiyi töhfələrdən ətraflı danışılıb.

Sonra Mahaçqala şəhərində yerləşən “Dostluq Evi"ndə Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib. Burada nümayiş olunan Azərbaycan guşəsi ilə tanışlıqdan sonra Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizova, "Oqonyok" düşərgəsinin rəhbəri Məhəmmədsalam Xəlilova, “Dostluq Evi”nin rəhbəri Aidə Əliyevaya Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnamələri təqdim olunub. Onlar bu mükafata Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, pandemiya dövründə soydaşlarımıza göstərilən dəstəyə, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafına görə layiq görülüblər.

Tədbir Dağıstanın yerli KİV-i tərəfindən işıqlandırılıb.

Tarix
2021.09.21 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan Senatının sədri Azərbaycana gəldi - Foto

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla