Yuxarı

Hollandiyada yetişdirilən yeni gül - “Azəri”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hollandiyada yetişdirilən yeni gül - “Azəri”

Holland Azərbaycan Dostları Cəmiyyətinin (Dutch Friends of Azerbaijan - DufoA) təşəbbüsü ilə Hollandiyada Azərbaycan xalqının şərəfinə xrizantema gülünün "Azəri" adlı yeni növü yetişdirilib. Bu barədə məlumatı Holland Azərbaycan Dostları Cəmiyyəti yayıb.

Bununla da Niderland Krallığının tarixində ilk dəfə olaraq güllərin nəinki dahi şəxsiyyətlərin, həmçinin, ayrıca xalqların şərəfinə adlandırılması ilə bağlı sertifikat verilib.

Qeyd edək ki, 2013-cü ilin mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən Gül bayramında Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının "Azəri" adının verilməsi qərara alınıb. Bununla bağlı Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və "DufoA" Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıblar.

Beləliklə də, dünyada xalqın adı verilən yeganə gül həyata vəsiqə alıb. Holland Azərbaycan Dostları Cəmiyyəti gələcəkdə də dahi yazıçılarmıza, şairlərimizə və tarixi şəhərlərimizin adı ilə adlandırılacaq güllərin dünyada ən çox ziyarətçisi olan Keukenhof parkında əkilməsini planlaşdırır.

Daha iki gül - "Alstrumeriya" adlı tünd qırmızı gül növü məqsədyönlülük simvolu kimi hər bir azərbaycanlının yaralı yeri olan Qarabağın, ağ rəngli gül isə hüzn simvolu kimi Şuşa şəhərinin şərəfinə yetişdirilib. Tünd qırmızı gül, əsasən, qan və atəş təsəvvürünü yaradır. Bu, bir tərəfdən, gözəllik və həyat , digər tərəfdən isə intiqam və müharibəni simvolizə edir. Ağ rəngli gül isə bir növ digər rəngləri neytrallaşdırır, matəmi və kədəri ifadə edir.

Holland Azərbaycan Dostları Cəmiyyəti Hollandiyada yetişdirilən yeni gül növünün Azərbaycanın işğal edilmiş ərazilərindən biri olan Xocalının şərəfinə "DufoA" adlandırılması təşəbbüsünü irəli sürmüşdür.

Tarix
2014.01.08 / 11:44
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla