Yuxarı

Nazirliyin “sistem”i: gah “torpağı var” yazır, gah yox...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin “sistem”i: gah “torpağı var” yazır, gah yox...

Lənkəran rayonun Tütəpeştə kənd sakini Gülər Nizami qızı Əliyeva 1 ildən artıqdır ki, ünvanlı sosial yardım ala bilmir.

Bu barədə Axar.az-a danışan Gülər Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı elektronlaşdırılmış informasiya sistemi onun məlumatlarını hər dəfə fərqli cür təqdim edir.

Şikayətçinin sözlərinə görə, iki dəfə VEMTAS-la ünvanlı sosial yardım almaqdan ötrü elektron müraciət edib. Birinci müraciətində vətəndaşa məxsus olmayan “A 802013052096-251018” saylı reyester kodlu torpaq sahəsi onun adına göstərilməklə imtina edilib. G.Əliyeva bu barədə DSMF-nin Lənkəran rayon şöbəsinə müraciət edərək yanlışlığın aradan qaldırılmasını xahiş edib. Məlum olub ki, nazirliyin e-sosail portalında yaradılmış e-arayış bölümündəki pay torpaq mülkiyyəti haqqında arayışda vətəndaşa məxsus torpağın olması barədə heç bir məlumat mövcud deyil. Amma buna baxmayaraq, sentyabrın 20-də vətəndaşın VEMTAS-a etdiyi müraciətdən yenidən ona məxsus olmayan pay torpağının reyester kodu göstərilməklə imtina edilib.

Vətəndaş iddia edir ki, elektron sistemdə yaradılmış bu cür yanlışlıq onun ünvanlı sosial yardım alınmasına süni əngəl yaradır. O iddia edir ki, edilən şikayətlərə də nazirlik rəsmiləri şablon cavablar yazmaqla işini bitmiş hesab edirlər.

Qeyd edək ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.

Tarix
2021.10.25 / 13:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla