Yuxarı

Bir ayda dəm qazından 60 nəfər zəhərlənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir ayda dəm qazından 60 nəfər zəhərlənib

Son bir ay ərzində, demək olar ki, hər gün ən azı 2 nəfər dəm qazından zəhərlənir. Yeni ildə 7 nəfər isə dünyasını dəyişib.

Paytaxtda dəm qazından daha iki nəfər boğularaq ölüb. Onlardan biri Nizami rayonu Məhəmməd Şərifli küçəsi 1a ünvanında kirayə yaşayan 38 yaşlı Arzu Məmmədova olub. Ev sahibinin sözlərinə görə, onun cansiz bədəni evin digər bir otağını kirayə üçün başqa şəxsə göstərilən zaman ümumi olan hamam otağında aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dəm qazının digər qurbanı Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Zümrüd Hüseynova olub.

Son bir həftə ərzində isə dəm qazından zəhərlənənlərin sayı 6 nəfərə çatıb. 1 saylı şəhər xəstəxanasının toksikoloqiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, zəhərlənmə ilə gətirilən bütün xəstələr müvafiq tibbi yardimdan sonra ambulator müalicə üçün evə buraxılıb. Ümumilikdə isə keçən ilin son ayında 42 nəfər dəm qazı ilə zəhərlənmədən xəstəxanaya müraciət edib. Bunlardan 26-sı hazırda xəstəxanada müalicə olunurlar.
Yeni ilin ilk ayına gədikdə isə xəstəxanalara artıq dəm qazı zəhərlənməsi ilə bağlı 14 müraciət olunub, bunlardan 6-sı hələ də xəstəxanadadır.

Azəriqaz İstehsalat Birliyi isə dəm qazının iysiz olduğundan bədbəxt hadisənin qarşısının alınması üçün müvafiq təhlükəsizlik tədbirlərin görülməsini tövsiyə edir. Kustar üsulla hazırlanmış standartlara uyğun olmayan qaz cihazlarının vətəndaşlara birbaşa təhlükə yaratdığını bildirən birliyin mətbuat katibi Araz Ağayev evin hər bir otağina aid mütləq qaydada yerinə yetirilməli qaydalarının olduğunu deyib: "Bundan əlavə abonentlərin qaz qurğularina özbaşına müdaxilənin də qadağan olunduğunu deyən Azəriqaz rəsmisi tüstü bacalarin təmizlənməsini də vacib şərt kimi qeyd etdi.

Deməli ilk növbədə təhlükəsizliyimiz barədə özümüz düşünməliyik, təbii ki, əgər növbəti qurbanin özümüzün olmağini istəmiriksə. (ANS)

Tarix
2014.01.09 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla