Yuxarı

Fond sədri şikayətçiləri dinlədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond sədri şikayətçiləri dinlədi

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Şamaxıda 5 rayonun sakinləri üçün qəbul keçirib.

Fonddan Axar.az-a verilən məlumata görə, E.Mehdiyev avqustun 3-də Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edib. Qəbulda iştirak edən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Müraciətlər arasında başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən Sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı məsələlər də olub.

Görüş zamanı əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və bu kimi təklif, şikayətlər dinlənilib.

Görüş zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb.

Tarix
2015.08.03 / 15:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vuçiçdən Əliyevə minnətdarlıq: Milli lider...

Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!

Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi

Vuçiç bu il Azərbaycana gələcək

Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırıq

İstərdim ki, azərbaycanlılar... - Serbiya prezidenti

Mehriban xanım xatırlatdı: Emin qadın paltarında niyə qaçmışdı?

İki dost ölkə daim bir-birinin yanındadır - Prezident

Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi oldu

Mehriban Əliyeva onu məhv etdi: Qadın paltarında… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla