Yuxarı

Bakıda metro kartlarının istifadəsi dayandırılır - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda metro kartlarının istifadəsi dayandırılır - Səbəb

Avqustun 8-dən "Bakı Metropoliteni" QSC gediş haqqının ödənilməsi üçün "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlayır. Həmin tarıxdən etibarən həm metroda, həm də "Bakubus" avtobuslarında bu kartlardan istifadə etmək mümkün olacaq.

Trend-in məlumatna görə, bunu "Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sentyabrın 30-dan sonra köhnə kartlardan istifadə etmək mümkün olmayacaq. Sentyabrın 15-dək köhnə kartların balansını artırmaq mümkün olacaq. Köhnə kartın balansındakı məbləğ yeni kart alındıqda avtomatik olaraq, ona köçürüləcək.

Yeni kartların qiyməti 2 manatdır, gediş haqqı isə 20 qəpikdir.

"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

"BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 20 qəpikdir. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Termianllarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub.

Tarix
2015.08.06 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroatxon Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla