Yuxarı

Prezidentin təltif etdiyi sabiq nazir-bəstəkar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi sabiq nazir-bəstəkar

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev akademik Siruz Hüseyn oğlu Abasbəylinin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunması ilə bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Siruz Hüseyn oğlu Abasbəyli Təbriz şəhərində anadan olub.

1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olub.

1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlayıb. İlk dəfə onu “Azqosproyekt” institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra “Qiproazneft” institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlayıb.

50-dən çox səmərələşdirici təklifləri və ixtiraları qeydiyyatdan keçib.

1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb.

Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-ci ilə qədər işləyib.

1992-ci ildən 1997-ci ilə kimi Azərbaycan Respublikasının rabitə naziri olub.

“İlk məhəbbət”, “Xoşbəxtəm”, “Ulduzum”, “İçərişəhər”, “Tanıdım səni”, “Son zəng” mahnılarının və bir neçə lirik musiqinin müəllifidir.

Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologiyaları İctimai Birliyinin sədridir.

Tarix
2021.12.06 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla