Yuxarı

Türkiyə-Azərbaycan Universiteti nə vaxt açılır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə-Azərbaycan Universiteti nə vaxt açılır? - Video

Bir neçə gün öncə Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması müzakirə olunub. Türkiyə universitetlərinə etibar edən abituriyentləri indi bir sual düşündürür: universitetin fəaliyyət istiqamətləri necə olacaq?

Birgə universitet layihəsi həm Azərbaycan, həm də Türkiyə təhsili üçün ilk layihə deyil. Hazırda ölkəmizdə Fransa və Koreya ilə birgə universitetlər fəaliyyət göstərir, Türkiyə isə bu təcrübəni Qazaxıstan və digər ölkələrlə həyata keçirib. Təsis olunacaq birgə universitetdə hər iki ölkənin elmi potensialından istifadə etməklə, bu iki ölkənin vətəndaşlarına eyni güzəştlərlə xidmət göstərilməsi nəzərdə tutulur. Universitetin ilk illərdə məhdud ixtisaslarla fəaliyyət göstərməsi planlaşdırılır.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hazırda müzakirə mərhələsində olan Azərbaycan-Türkiyə Universiteti haqda qərar dəqiqləşəcəyi təqdirdə universitetə qəbul da elə növbəti tədris ili üçün nəzərdə tutulub. Bu isə universitetin ilk ilində Bakıda hansısa universitetin nəzdində açılması ehtimalını artırır. Lakin universitetin növbəti illərdə öz binasında və daha çox ixtisasla fəaliyyət göstərməsi planlaşdırılır. Universitetin məhz ali təhsil pilləsində dünya reytinqlərində yüksək nəticələr göstərmiş Türkiyə ilə birgə qurulması bura daha çox yüksək ballı tələbələrin maraq göstərəcəyi ehtimalını artırır.

Qeyd edək ki, Türkiyədə 204, Azərbaycanda isə 51 universitet fəaliyyət göstərir. Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncə və Şuşada da açıla bilər. Türkiyədəki Ali Təhsil Şurası Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb.

Tarix
2021.12.07 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla