Yuxarı

Yeni il şənlikləri üçün sifarişlər çoxdur – Quluzadə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il həm qlobal, həm də Azərbaycan turizm sənayesində 80% geriləmə var idi. Bu ilin yanvar ayından şəhər və rayonlararası gediş-gəliş bərpa olunduqdan sonra Azərbaycanda faktiki olaraq daxili turizm bərpa olunmağa başladı. İyul ayından Azərbaycana gələn xarici qonaqların sayında ciddi artım var.

Axar.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin müşaviri Kənan Quluzadə Feysbukda canlı yayım zamanı deyib.

“Bu ilin oktyabr ayı ilə ötən ilin oktyabr ayını müqayisə etdikdə, 167% artım var. Qapanma olmasa, 2022-ci ildə bu rəqəm daha da artacaq. Turizm sahəsində pandemiyadan əvvəlki rəqəmlərə qayıdış isə təxminən 2023-cü ildə olacaq. Əgər 2019-cu ildə Azərbaycana 3 milyon 200 min insan səfər etmişdisə, yaxın 5 ildə bu rəqəm 4 milyona çatacaq. Biz turizmin bərpasına hazırıq”, - o bildirib.

K.Quluzadə Azərbaycanda qış turizminin dekabrın 15-dən etibarən başlayacağını deyib:

“Xaricdən qonaqlarımızın olacağını gözləyirik. Çünki bunun üçün müəyyən marketinq işləri aparmışıq.

Otellərdə Yeni il şənlikləri üçün daha çox sifarişlər var. Sıxlıq müşahidə olunacaq. Şahdağ, Tufandağ, Naxçıvanda olan turizm kompleksləri yeni turizm məhsulları ilə xidmətə hazırlaşırlar. Bu, həm qonaqların sayını, həm də Azərbaycan turizminin rəqabət qabiliyyətini artıracaq”.

Tarix
2021.12.07 / 13:53
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla