Yuxarı

Xəzər Gəmiçiliyində müdhiş korrupsiya aşkarlandı – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər Gəmiçiliyində müdhiş korrupsiya aşkarlandı – Özəl

Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamaların nəticəsində altı gəmi kapitanı istintaqa cəlb edilib və onların ifadələri alınıb.

"Axar.az"a Xəzər Dəniz Gəmiçiliyindən daxil olan məlumata görə, istintaqa cəlb edilənlənlər 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən Kişinyov tipli 5 min tonluq quru yük götürmə qabiliyyəti olan "Bakı", "Mikayıl Müşfiq", "Cəfər Cabbarlı" və sair gəmilərin kapitanlarıdır. Kapitanların istintaqa çağırılmasının səbəbi isə ikili sənədləşmə ilə bağlıdır.

Bildirilir ki, 2010-cu ildə metal qırıntıları Bakıya gətirilsə də, ikinci sənədləşmə ilə bu yüklərin guya Yunanıstana aparılmasının rəsmiləşdirilməsidir. Sənədləşmədə "Yunanıstana gedən" quru yük gəmilərinin başqa dövlətlərin sərhədini keçmək üçün gömrük haqqı, Volqa-Don kanalından Qara dənizə adlayarkən keçilən 18 ədəd şülüzun pulu, yanacaq məsrəfi və xarici sularda üzdüklərinə görə gəmi heyətinə əlavə olaraq valyuta ödənişi və digər xərclər yazılıb və bu yalançı sənədləşmə nəticəsində külli miqdarda vəsait mənimsənilib.

Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamalar zamanı hər gəmi üçün 300 min manat, ümumilikdə 6 gəminin "yol məsrəflərinə" 1,8 milyon manat silindiyi üzə çıxıb.

Qeyd olunur ki, ikinci sənədləşmənin aparılmasından kapitanlar məlumatsız olduqlarını bildiriblər. Hazırda istintaq bu korrupsiya faktında sənədləşmə aparanların möhür və imza saxtakarlığından istifadə edib-etmədiyini müəyyənləşdirməyə çalışır.

Tarix
2014.01.10 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla