Yuxarı

"Vatikanda Azərbaycan izləri"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Vatikanda Azərbaycan izləri"

Azərbaycan Yazarlar Klubu İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə daha bir layihə yekunlaşdırılıb.

Axar.az-ın məlumatına görə, Azərbaycan həqiqətlərinin hər yerdə tanıdılması məqsədi ilə "Vatikanda Azərbaycan izləri" adlı sənədli filmin çəkilişləri başa çatıb. Film dünya mədəniyyəti və siyasətinin əsas istinad nöqtələrindən biri olan, qədim və müasir dünyanın tarixini özündə yaşadan Vatikanda ölkəmizlə bağlı məqamların tapılıb üzə çıxarılmasından bəhs edir. Ekran işinin yaradıcı heyəti Romada, Vatikanda, İstanbulda olub, mövzuyla bağlı araşdırmalar aparıb.

"Vatikanda Azərbaycan izləri"də qədim Vatikanla ölkəmizin yüzilliklər boyu olan münasibətlərinin çağdaş dövrdə də davam etdirilməsi, daha yüksək səviyyəyə çatdırılması ilə bağlı məqamlar da yer alıb.
Ekran işində həmçinin Heydər Əliyev Fondu, xüsusən, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü həyata keçirilən, Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafına yönələn mühüm işlərlə bağlı məlumatlar da öz əksini tapıb.

Yaxın günlərdə "Vatikanda Azərbaycan izləri" filminin geniş təqdimatı keçiriləcək.

Tarix
2015.08.10 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla