Yuxarı

Azərbaycanda ən çox buğda bu rayonda yetişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ən çox buğda bu rayonda yetişdirilir

Azərbaycanda 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1021987,6 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, səpin aparılmış sahənin 98,8 faizini və yaxud 1009451,2 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 601837,6 hektarı buğda, 407448,6 hektarı arpa, 165,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Cəlilabad (56449,3 ha), Şəki (32318,6 ha), Şamaxı (29321,4 ha), Füzuli (29321,0 ha), İsmayıllı (22495,0 ha), Hacıqabul (21978,9 ha) və Ağcabədi (19654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34825,7 ha), Kürdəmir (32996,4 ha), Şəki (32964,4 ha), Biləsuvar (22568,1 ha), Ağsu (18921,0 ha), Goranboy (14450,0 ha) və Füzuli (12518,3 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9 faiz, o cümlədən arpanın səpin sahəsi 9,3 faiz artıb, buğdanın səpin sahəsi 1,1 faiz azalıb.

Tarix
2022.01.03 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla