Yuxarı

Tağıyevin heykəlinə zərər vuranlarla bağlı - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağıyevin heykəlinə zərər vuranlarla bağlı - Qərar

Səbail Rayon Məhkəməsi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədli ilə bağlı qərar çıxarıb.

Axar.az Report-a istinadən xəbər verir ki, məhkəmə hər iki şəxsin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.

Daha sonra heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
2022.01.21 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla