Yuxarı

Baş Prokurorluqda kollegiya iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:54

Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Axar.az xəbər verir ki, tədbirdən əvvəl Baş Prokurorluğun rəhbərliyi ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, əbədiyaşar liderin unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Kollegiya iclasında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa dilənib.

İclasda giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, ümumilikdə, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan əvvəlki hesabat ilinin müsbət göstəricilər 2021-ci ildə də davam edib, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub, bu cinayətlərin 94,2 faizini prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etdiyi bildirilib.

Məlumat verilib ki, ötən illərdən bağlı qalmış 332 cinayətin açılması təmin edilib və 268 cinayətkar qrup zərərsizləşdirilib.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1301 şəxs barəsində 970 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. Bu müddətdə prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyan ödənilib.

Kollegiya iclasında Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrasının təmin edildiyi diqqətə çatdırılıb. Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiyanın tətbiq edildiyi, hazırda da bu istiqamətdə işlərin intensiv qaydada davam etdirildiyi bildirilib.

Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanıb, 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş İdarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən, təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilib, 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub. Ötən il 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə korrupsiya hüquqpozmaları barədə Baş İdarəyə daxil olmuş müraciətlərin 67-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlər görülüb. Bu müddətdə Baş İdarənin əməliyyat qurumları vəzifələrini uğurla icra edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində 73 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə olunmuş məlumatlar əsasında 118 cinayət işi başlanıb.

Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1846 cinayət hadisəsi qeydə alınıb. Onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olub. Bu dövrdə hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Diqqətə çatdırılıb ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günədək 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılaraq barələrində axtarışlar elan edilib. Bundan əlavə, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanması və təqsirləndirilən şəxs qismində cəlb olunmaları yönündə işlər davam etdirilir.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılıb və 120 şəxs barəsində 96 cinayət işinin istintaqı tamamlanıb. Tamamlanmış işlərdən 118 şəxs barəsində 64 cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib. Bunlardan 24 şəxs barəsində 17 iş qəsdən adamöldürmə faktları ilə bağlı olub.

Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə İstintaq idarəsi tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən, təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 45 milyon 190 min manat ödənilib, 21 milyon 975 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Vurğulanıb ki, 2021-ci ildə əvvəlki illərdən, eləcə də hesabat dövründə qeydə alınmaqla bağlı qalmış 8 cinayətin açılması təmin edilib. Onlardan 5 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 3 iş üzrə isə hazırda istintaq davam etdirilir.

Ötən il də intihar və intihara cəhd hadisələrinin minimuma endirilməsi məqsədilə zəruri tədbirlər görülüb. Bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Baş Prokurorluğun təşkilatçılığı, çoxsaylı dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə 2021-ci il iyunun 23-də yüksək səviyyəli konfrans keçirilməklə qurumlararası İşçi qrup yaradılıb. Hazırda İşçi qrup tərəfindən 2021-2025-ci illər üzrə təsdiqlənmiş Fəaliyyət Planına uyğun olaraq müvafiq işlər görülür.

Bildirilib ki, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanlarında ibtidai istintaqı aparılmış cinayət işləri üzrə icraata xitam verilməsinə dair 846, icraatın dayandırılması haqqında 889 qərarın əsassız və qanunsuz hesab edilərək ləğv olunması, həmçinin 767 iş üzrə yazılı göstərişlərin verilməsi prokurorluq tərəfindən həyata keçirilən ibtidai araşdırmaya prosessual nəzarətin səmərəliliyinin göstəricisi olub.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi diqqət mərkəzində saxlanılıb. Ümumilikdə ötən il ərzində birinci instansiya məhkəmələrində 17 min 698 şəxs barəsində 15 min 199, apelyasiya instansiyası məhkəmələrində 4781 şəxs barəsində 4100, kassasiya və əlavə kassasiya instansiyası məhkəməsində 1984 şəxs barəsində 1766 (bütün instansiya məhkəmələri üzrə cəmi 24 min 463 şəxs barəsində 21 min 65 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Ötən il cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar 21 xəbərdarlıq, 43 təqdimat verilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, habelə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, vergiləri, sığorta haqlarını ödəməkdən yayınma, ekoloji hüquqpozmalar və s. inzibati xətalara dair daxil olmuş məlumatlardan 131-i baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərilib. Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlar üzrə 45 cinayət işi başlanaraq, uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 12 mülki iddia qaldırılıb.

Bildirilib ki, ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilib. Faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkarlanıb.

Eyni zamanda, xarici ölkələrdəki əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılıb. Aprelin 26-29-da Belçikada keçirilmiş Aktivlərin Bərpası üzrə Kemden Qurumlararası Şəbəkəsinin (CARIN) İdarəetmə qrupunun Ümumi İllik Yığıncağında Azərbaycan Respublikası Şəbəkəyə müşahidəçi qismində üzv qəbul olunub. Bu istiqamətdə görülən işlərin davamı olaraq tezliklə Avropa İttifaqına üzv ölkələrin dövlət təsisatlarının mütərəqqi təcrübəsinin öyrənilməsi məqsədilə Litvanın Xüsusi İstintaq Xidməti tərəfindən “Azərbaycanda əmlakların bərpası və idarə olunması sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin həyata keçirilməsinə başlanılacağı qeyd edilib.

Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 32 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib.

Müşavirədə bildirilib ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkarlanan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2021-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 nəfər prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad olunub, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

Hesabat dövründə prokurorluq orqanlarına daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə müraciətlərin 9477-nin tam, 3060-nin isə qismən təmin olunması, həmçinin Baş Prokurorluğun Çağrı Mərkəzinə daxil olmuş müraciətlərdən 380-nin cinayət xarakterli məlumat kimi araşdırılması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsidir.

Sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Gəncə şəhər prokuroru Azad Qarayev və Füzuli rayon prokuroru Elnur Rüstəmov hesabat dövründə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair çıxışlar ediblər. İclasda, həmçinin faydalı fikir mübadiləsi aparılıb.

İclasdan sonra Baş prokurorun birinci müavinin sədrliyi, Baş prokurorun müavinlərinin, idarə, şöbə rəislərinin, tabe şəhər, rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilmiş seminar-məşğələdə rayon prokurorlarının xidməti fəaliyyətdə üzləşdikləri praktiki çətinliklər, cinayət təqibinin həyata keçirilməsi prosesində meydana çıxan hüquqi kolliziyalar və prokurorluğun fəaliyyət istiqamətləri üzrə səmərəliliyin artırılması ilə əlaqədar sahəvi idarələrin nümayəndələri ilə birlikdə müzakirələr aparılıb. Müzakirələr nəticəsində Baş prokurora təqdim edilməsi üçün müvafiq təkliflərin hazırlanması qərara alınıb.

Tarix
2022.01.24 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla