Yuxarı

Nazir müavini komada olan jurnalistə baş çəkəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini komada olan jurnalistə baş çəkəcək

İlham Əliyevə müraciətdən sonra jurnalistlə bağlı ciddi tapşırıq verildi

İki aydan artıqdır ki, avtomobil qəzası nəticəsində komada olan Avropa.info-nun əməkdaşı Sahib İslamovla bağlı bir qrup mətbuat nümayəndələrinin prezident İlham Əliyevə müraciətindən sonra, jurnalistə diqqət artıb.

Bu barədə Sahib İslamovun qardaşı Aqil İslamov məlumat verib. Onun dediyinə görə, bu gün Sahib İslamovun başının tomoqrafiyası təcili olaraq Səhiyyə Nazirliyinə aparılıb. " Sahibin hazırda müalicə olunduğu Musa Nağıyev adına xəstəxanadan bizə bildirdilər ki, qardaşımın ciddi müayinəsi üçün ciddi tapşırıq verilib. Hətta bildirdilər ki, yanvarın 13-də Sahibə baş çəkmək üçün, Səhiyyə Nazirinin müavinlərindən biri xəstəxanaya gələcək. Mən qardaşıma yardım edən bütün hər kəsə təşəkkür edirəm. Jurnalistlərin cənab prezidentə müraciətindən sonra həqiqətən qardaşıma münasibətdə ciddi irəlləyiş var."

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ötən ilin dekabrın 30-da bir qrup jurnalist Sahib İslamovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ediblər. ("Avropa.info")

Tarix
2014.01.11 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu

Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident

Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə dəvət etdi

Bratislava-Bakı aviareysi açıla bilər

İlham Əliyev Slovakiya prezidenti ilə görüşdü

İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi oldu

İlham Əliyev Slovakiyaya getdi

Şahin Mustafayev Arakçı ilə görüşdü - Foto

Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla