Yuxarı

Orduda andiçmə mərasimləri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orduda andiçmə mərasimləri keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, fevralın 6-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.

Qeyd edək ki, son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti olaraq qadağan olunub.

Tarix
2022.02.06 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla