Yuxarı

Kür çayı üzərindəki körpü təmir edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kür çayı üzərindəki körpü təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sabirabad rayonununda, Surra-Padar avtomobil yolundakı avtomobil körpüsündə təmir-bərpa işlərinə başlayıb.

Agentlikdən Axar.az-a verilən məlumata görə, rayonun Surra kəndinin ərazisində - Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı. Bu səbəbdən əraziyə işçi briqadası cəlb edilərək problemin aradan qaldırılmasına başlanılıb. Hava şəraiti əlverişli olsa, yaxın 15-20 gün ərzində işlər tamamlanaraq, körpü sürücülərin ixtiyarına veriləcək.

Təmir-bərpa işlərinin davam edəcəyi müddət ərzində isə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb. Bundan başqa körpüdən istifadə edərək Sabirabad rayonunun kəndlərinə getmək istəyən və yaxud kəndlərdən rayon mərkəzinə gəlmək istəyən vətəndaşlar təmir müddəti ərzində rayonun Cavad kəndi ərazisindən, Bakı-Qazax magistralı boyunca yerləşən rayonlara getmək üçün isə Saatlı-İmişli-Kürdəmir avtomobil yolundan alternativ olaraq istifadə edə bilərlər.

Tarix
2022.02.11 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla