Yuxarı

Rusiya Ukraynaya hücum üçün bu cür əsas hazırlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ukraynaya hücum üçün bu cür əsas hazırlayır

Ukrayna tam şəkildə anlayır ki, Rusiya hücum əsası yaratmaq üçün Ukrayna ordusunun provokasiyalara miqyaslı cavab verməsinə cəhd göstərir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu gün keçirdiyi brifinqdə deyib.

Rusiya mediasının guya Ukrayna ordusunun Rusiya ərazisini atəşə tutması barədə yaydığı xəbərə münasibət bildirən Danilov qeyd edib ki, hər şeyi başa düşürlər:

“Prezident bütün baş verənləri nəzarətdə saxlayır. O ki qaldı “kazus belli”yə (müharibə üçün əsas – red.), əlbəttə, bu, onların çoxdan yerinə yetirməyə çalışdığı tapşırıqdır. Ancaq bizim hərbçilər yalnız ordumuz üçün təhlükə yaradan təhdid zamanı cavab atəşi aça bilərlər”.

O, xüsusi olaraq bildirib ki, Ukrayna ordusu Rusiya ərazisinə heç bir atəş açmır:

“Onlar nə qədər istəyir, uydura bilərlər. Biz buna hazırıq. Bundan başqa, dünya da buna hazırdır. Rusiya bizi aktiv fəaliyyətə təhrik etməyə müyəssər olmayacaq”.

Tarix
2022.02.21 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla