Tarix boyu türk ordusunun
qüdrəti haqda müxtəlif fikirlər səsləndirilib.
Xüsusən də, onların
döyüşdə istifadə etdiyi
strateji planlar bu
xalqa əhəmiyyətli qələbələr qazandırıb.
Axar.az türk ordusunun döyüşdə istifadə etdiyi 5 taktiki planı
təqdim edir.
1. Qurd Qapanı
İslamiyyət dönəmindən sonra "Aypara" taktikası kimi tanınan
"Qurd qapanı" türklərin düşmən qoşununu əlverişsiz mövqeyə çəkmək
üçün tətbiq etdiyi üsuldur.
Bu taktikaya əsasən, döyüş zamanı ordu üç tərəfə ayrılır və
ortadakı mərkəzi qoşun düşmənə hücum edir. Bunun ardınca isə ordu
geri çəkilərək özünü döyüşdən qaçırmış kimi göstərir. Türk
ordusunun geri çəkildiyini görən düşmən hücum sürətini artırdığı
vaxtda üç hissəyə ayrılan ordunun sağ və sol bölmələri tərəfindən
mühasirəyə alınır. Bu strategiyanın uğurlu olduğunu göstərən ən
əhəmiyyətli döyüş kimi Malazgird və Mohaç döyüşlərini göstərmək
olar.
2. Son müdafiə taktikası
"Son müdafiə taktikası" Mustafa Kamal Atatürkün Qurtuluş
döyüşündə tətbiq etdiyi üsuldur.
"Xətti müdafiə yoxdur, səthi müdafiə var. O səth isə bütün
vətəndir" sözü ilə Atatürk əsgərə "Yanındakılar qayıtsa da, sən bir
addım geri çəkilmə" əmrini verib.
Ehtiyat birliklərlə birgə bu əmri icra edən türk ordusu sonunda
düşməni geri çəkilməyə məcbur edərək Sakarya zəfərini qazanıb.
3. SAD planı (ص)
Osmanlı İmperiyası zamanında tətbiq olunan bu taktika ərəbcə
"sad" hərfinin yazılış formasına uyğunlaşdırılaraq hazırlanıb.
Hərfin "quyruq" hissəsinə düzülən süvarilər düşmənin qaçmasına
maneə törətmək üçün, hərfin cənub və şərq kimi təsvir olunan
bölümünə yerləşdirilən ordu isə düşməni tam şəkildə məhv etmək üçün
istifadə olunub.
4. Kəşf və yorğunluq taktikası
Türk ordusu tarix boyu böyük ordularla döyüşmək məcburiyyətində
qalsa da, öz döyüş planını daim düşmən ordusunun hərəkəti üzərində
qurub. Türklər adətən döyüşdən əvvəl sürətli atlı dəstələrlə düşmən
mövqeyinə hücum edər və kəşfiyyat işləri görərdi.
Eyni zamanda getdikləri yerlərə özləri ilə bağlı qorxuducu
hekayələr yayar və psixoloji üstünlüyü təmin edərdilər. Düşmən
mənəvi olaraq çökənə qədər bu proses davam etdirilərdi.
5. Gecə basqınları
Köçəri həyat sürən türklər atlardan gecələr də peşəkarlıqla
istifadə edib. Onlar çox vaxt gecə ikən gözlənilmədən hücum edərək
düşməni məğlub etməyi bacarıb.