Yuxarı

Əlibəyliyə görə Speys TV-yə ciddi xəbərdarlıq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlibəyliyə görə Speys TV-yə ciddi xəbərdarlıq edildi

Audiovizual Şura “Speys” ümumölkə yerüstü televiziya yayımçısına ciddi xəbərdarlıq edib.

Bu barədə Axar.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, iyunun 24-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda “Speys” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.

Belə ki, yuxarıda adı çəkilən proqramın yayımı zamanı aparıcı tərəfindən “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq...” ifadəsi işlənmişdir. Hətta bilməyərək və ya xüsusi bir məqsəd olmadan, o cümlədən Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə tipli açıqlamalar və ya fikirər etik olmamaqla yanaşı, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına və ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər.

Eyni zamanda, şübhəli fəaliyyətlə məşğul olan ekstrasens, parapsixoloq və sairə bu kimi şəxslər tərəfindən öz fəaliyyətlərinin təbliğinə televiziya kanalınən efirində imkan yaradılması faktı da Şura tərəfindən qeydə alınmışdır ki, bu da, yeni “Media haqqında” Qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.

Aparılan müzakirələrdən sonra Şura üzvləri “Speys” televiziyası yayımçısının efirində ilk dəfə belə halın baş verməsini və qeyd olunan proqramın aparıcısının uzunmüddətli jurnalist fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə alaraq “Speys” televiziyası yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul ediblər.

Qeyd edək ki, “Elin sözü” verilişinin aparıcısı Elçin Əlibəylidir.

Tarix
2022.06.24 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla