Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
Axar.az Yeniavaz.com-a istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.
2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.
Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub:
Şirkət
|
Rəhbəri
|
İxracın miqdarı
|
“MKT İstehsalat Kommersiya” MMC
(VÖEN- 9900008361)
|
Həsənov Rövşən
|
79,6 milyon dollar
|
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi
(VÖEN- 9900047801)
|
Mohammad Reza
|
40,9 milyon dollar
|
“P-Aqro” MMC
(VÖEN-1404226851)
|
Əlizadə Azər
|
24,8 milyon dollar
|
“STP Alüminium” MMC
(VÖEN- 2906014721)
|
Əliyev Fərhad
|
17 milyon dollar
|
“Aqrovest” MMC
(VÖEN- 1403866861)
|
Aslanov Maarif
|
16,5 milyon dollar
|
“ZR-78 Company” MMC
(VÖEN-1102486011)
|
Gasanov Nasıb
|
15,8 milyon dollar
|
“Mors Trading” MMC
(VÖEN-1604639301)
|
Mehmet Savaş Uzan
|
14,5 milyon dollar
|
“Baku Steel Company” QSC
(VÖEN-1000062011)
|
Zeynalov Həmid
|
12,3 milyon dollar
|
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC
(VÖEN- 1600030111)
|
Rzayev Ramiz
|
10,6 milyon dollar
|
“Azmet” QSC
(VÖEN - 6402897671)
|
İbrahimov Murad
|
10,6 milyon dollar
|