Yuxarı

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həyatı daha dolğun edirik!” şüarı altında keçirilən müsabiqənin finalına yeddi layihə təqdim edildi

Ötən ay “Azercell Telekom” tərəfindən elan olunaraq ölkədə sosial sahədə rəqəmsal inklüzivliyi təşviq edən sosial layihə müsabiqəsi finala adlayaraq yekun mərhələsinə yaxınlaşır. Xatırladaq ki, müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır. Təhsil, mədəniyyət və sağlamlıq istiqamətində layihələri nəzərdən keçirən bu müsabiqədə rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə daha böyük üstünlüyün verilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr Azercell şirkətinin əməkdaşları və ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir.

Beləliklə, bir ay müddətində davam edən qəbul prosesi zamanı 20-dən artıq müxtəlif sosial layihələrə baxılmış, onlardan seçim şərtlərini ən yaxşı əks etdirən yeddi layihə finala keçid almışdır. Təqdim olunan layihələr milli ədəbiyyatın tanıdılması, qadınların İKT və cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası, eləcə də, fiziki məhdudiyyətli şəxslərin rəqəmsal həllər vasitəsilə daha məhsuldar və aktiv həyata cəlb olunması kimi əhəmiyyətli məsələlərin həllinə yönəlmişdi. Finala haqq qazanmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri layihələrinin əhəmiyyətliliyini münsiflər heyəti qarşısında əsaslandıraraq onların cəmiyyətə təsiri barədə proqnozları ilə bolüşdülər.

Yaxın zamanda seçiləcək üç qalib layihə Azercell tərəfindən qrantla mükafatlandırılacaq.

“Azercell Telekom” fəaliyyət göstərdiyi dövr ərzində hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

Tarix
2022.07.07 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla