Yuxarı

Zabux və Sus kəndinin sakinləri ilə görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Zabux və Sus kəndlərinin bir qrup sakini ilə görüş keçirilib.

Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsini misilsiz tarixi hadisə kimi dəyərləndirərək, qazanılan Qələbənin keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığını bir daha dərin minnətdarlıq hissi ilə vurğulayıblar. Qeyd olunub ki, Ermənistanın döyüşsüz təhvil verməyə məcbur olduğu Laçın rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz məskunlaşdırılmış ermənilərin hazırda oradan köçürülməsi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində həyata keçirilir. Bildirilib ki, bununla əlaqədar olaraq dövlətimizin başçısı otuz ilə yaxındır məcburi köçkün vəziyyətində yaşayan Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qayıdışa hazırlanması barədə tapşırıq verib.

Ötən müddət ərzində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən razı qaldıqlarını deyən görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya, indi isə doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, hər zaman böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Komitə sədri dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, komitənin struktur bölmələri Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin icrası ilə məşğuldurlar. Qeyd olunub ki, doğma yurda qayıdacaq sakinlərin sayının dəqiqləşdirilməsi, məşğulluq imkanlarının qiymətləndirilməsi, arzu, istək və tələblərinin müəyyənləşdirilməsi üçün sorğular aparılır, köçürülmənin səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirilir.

Səmimi qəbula görə minnətdarlıq edən Zabux və Sus kəndinin sakinləri uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb, firavan günlər yaşayacaqlarına, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını bildiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibədə verib. Ölkə başçısı bildirib: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.

Tarix
2022.08.15 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla