Yuxarı

Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

İlkin məlumata görə, KİA və VAZ-2106 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, xəsarət alanlardan biri Bakı şəhər sakini, digər üç nəfər isə Zaqatala rayon sakinidir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2026.07.03 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla