Yuxarı

Pensiyalarla bağlı bu islahat xalqa səhv təqdim edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi qüvvələrin əməli nəticəsində pensiyaların indeksiyası ilə bağlı islahat xalqa səhv təqdim edilir və sadə vətəndaş yanlış məlumatlarla aldadılır.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

İnkişafına görə Azərbaycanın regionun lider dövləti olduğunu bildirən deputat əlavə edib ki, bu inkişaf heç də asanlıqla əldə edilməyib:

“Bu inkişafın, əldə edilən uğurların arxasında atılan məqsədyönlü addımlar, reallaşdırılan dövlət siyasəti dayanır. Heç şübhəsiz əldə edilən uğurlarda Azərbaycanda bütün sahələrdə reallaşdırılan islahatların da mühüm rolu var. Çünki hər bir islahat yenilik, yeni uğura və irəliyə doğru atılan daha bir addım deməkdir”.

Deputat Azərbaycanda rellaşdırılan islahatlardan danışarkən ilk növbədə sosial islahatları vurğulamaq lazım olduğunu bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbrəliyi ilə reallaşdırılan və davamlı xarakter daşıyan bu islahatlar hər bir vətəndaşımızın sosial rifah halının daha da yaxşılaşmasına təkan verir:

“Heç şübhəsiz bu sırada vaxtaşırı yeniliklər edilən pensiyalar da var. Bəlli olduğu kimi, ölkədə həyata keçirilən siyasətin qanunvericilik bazasının daha da təkmil olması, həmçinin vətəndaşların rifah halının daha da güclənməsi üçün Milli Məclis də davamlı olaraq müvafiq addımlar atır. Məhz Milli Məclisin bugünkü iclasının da diqqət mərkəzində olacağı birmənalıdır”.

Deputat deyib ki, Milli Məclisdə bu gün pensiyaçıların sosial rifahını daha da yaxşılaşdıracaq qanun layihəsinin müzakirəsi baş tutacaq:

“Lakin onu da bildirməyi özümə borc bilirəm ki, bu layihə ilə bağlı ictimai rəydə birmənalı fikir yoxdur. Bu da səbəbsiz deyil. Çünki bizdə bəlli bir kəsim var ki, onların yeganə işi bu cür taleyüklü məsələlər olanda cəmiyyəti yanlış məlumatlandırmaq, gərginlik yaratmağa çalışmaqdır. Həmin qüvvə bu dəfə də öz ənənəsinə sadiqdir. Məhz həmin qüvvənin əməli nəticəsində pensiyaların indeksiyası ilə bağlı islahat da xalqa səhv təqdim edilir. Belə olan təqdridə isə sadə vətəndaş yanlış məlumatlarla aldadılır. Sual oluna bilər ki, bu pensiyaların indeksləşdirilməsi nədir və bu addımı atmaq hansı zərurətdən irəli gəlib? Cavab olaraq bildirim ki, bəzən bu prosesin pensiyaçılara ziyanı yox, əksinə xeyri olacaq. Belə deyək ki, əgər hazırda həkim işləyənlərin əməkhaqqı artacaqsa, o zaman bu öz müsbət təsirini təqaüdə çıxmış həkimlərin pensiyasında da göstərəcək”.

“Təbii ki, mən həkimləri nümunə olaraq çəkdim. Bu hal eyni zamanda müəllimlər, hərbçilər və digər peşə sahələri üçün də keçərlidir. Bundan başqa əgər özəl sektorda əməkhaqqı artacaqsa, bu da bütün dövlət qulluqçularının pensiyasına müsbət təsir edəcək. Yəni, pensiyalar hər il orta aylıq əməkhaqqı neçə faiz artırsa, o qədər artacaq. Digər tərəfdən bütün pensiyaların indeksləşdirilməsi tamamilə elektron olacaq ki, bu da insanları hər dəfə artım zamanı hansısa arayış almaq problemindən də xilas etmiş olacaq. Bir sözlə, pensiyaların indeksləşdirilməsi hər birimiz üçün vacib olan bir məqamdır”,- V.İsgəndərov vurğulayıb.

Tarix
2022.09.30 / 15:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla