Yuxarı

Ombudsmandan Füzuli və Tərtərdəki partlayışlarla bağlı çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ombudsmandan Füzuli və Tərtərdəki partlayışlarla bağlı çağırış

Bir daha beynəlxalq təşkilatlara müraciət edərək, işarələnməmiş minaların insan həyatı üçün potensial təhlükə mənbəyi olması ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və bununla əlaqədar təxirəsalınmaz addımlar atmağa çağırırıq.

Axar.az xəbər verir ki, bu fikir Ombudsman Səbinə Əliyevanın Füzuli və Tərtərdə baş vermiş mina partlayışları ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi hərbi qulluqçularla bərabər, mülki şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır:

"Təəssüflər olsun ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Amid Fətullah oğlu Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Bahadur oğlu Quluzadə həlak olmuş, 1973-cü il təvəllüdlü Bahadur Məhi oğlu Quliyev isə yaralanmışdır. Eyni zamanda, 2022-ci il 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş “Üçüncü Sovxoz” adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Nicat Novruz oğlu Cabbarov və 1976-cı il təvəllüdlü Rəfail Köçəri oğlu Bayramov ağır xəsarət almış və ilkin məlumata əsasən ayaqları amputasiya edilmişdir.

"Bir daha beynəlxalq təşkilatlara müraciət edərək, işarələnməmiş minaların insan həyatı üçün potensial təhlükə mənbəyi olması ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və bununla əlaqədar təxirəsalınmaz addımlar atmağa çağırırıq. Ermənistan tərəfi minaların dəqiq xəritələrini ölkəmizə təhvil verməklə beynəlxalq humanitar hüquq normalarına əməl etməli, insan hüquqlarına hörmət bəsləməli, regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".

Tarix
2022.10.01 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla