Yuxarı

Avtovağzal rəhbərliyinin çökmədən xəbəri yoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtovağzal rəhbərliyinin çökmədən xəbəri yoxdur

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda baş vermiş çökmənin qarşısını almaq bizim işimiz deyil.

Bunu Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib:

"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin işi sərnişinləri avtobusla təmin etməkdən ibarətdir. Bu cür məsələlər kompleksin səlahiyyətlərinə daxil deyil. Bütün saytlar, televiziyalar bizdən soruşur. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmələr, çökmələr olması barədə məlumatlar yayılır, amma vallah mənim də xəbərim yoxdur".

Ərazidəki çökmə ilə bağlı dolğun məlumatının olmadığını deyən M.Abdullayev bir neçə gün əvvəl açıqlamasında sözgüdən ərazidə sürüşmə ilə bağlı bir sıra bərkitmə işlərinin aparıldığını bildirmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev isə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə, çökmə ərazisinin əhatə dairəsi genişlənib:

"Həmin ərazidə sürüşmə, çökmə aktiv fazadadır. Orada vəziyyət daha da pisləşib, çatlarda müəyyən qədər genişlənmə olub. Oturma daha da intensivləşib. İstinad divarı bir qədər də avtovağzal tərəfə irəliləyib".

Ə.Piriyev ərazidəki aktivləşmənin yağış və suvarılma sularının təsirindən baş verdiyini qeyd edib: "İstinad divarının arxasında tökmə torpaqdır. Orada suvarılma və yağışların təsiri nəticəsində torpaqlarda doyma prosesi baş verib. Müəyyən qədər torpaq dayanıqlığını itirib və avtovağzal tərəfə hərəkət edib. Orada diametri böyük olan borularla intensiv olaraq selləmə suvarılma işləri aparılırdı. Yağışlar da bu sularla birləşəndə bu, bütün sahələrdə çökmə, oturma prosesini daha da artırıb, intensivləşdib. Orada torpaq dayanıqlığını itirdiyindən müəyyən qədər avtovaqzal tərəfə irəliləyib".

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.

Tarix
2015.10.14 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla