Yuxarı

Məhbus yeniyetmələrin islahı necə aparılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisələrində eyni cinslərin uzun müddət bir yerdə qalması hər zaman müəyyən problemlərə səbəb olub.

Bu sözləri Axar.az-a psixoloq Elnur Rüstəmov yetkinlik yaşına çatmayanların islahı prosesindən danışarkən deyib:

"Ümumiyyətlə, yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisələrində eyni cinslərin uzun müddət bir yerdə qalması hər zaman müəyyən problemlərə səbəb olub. Eyni cinslərin daim bir yerdə olması müəyyən aqressiv davranışları, hərəkətləri özündə birləşdirir. Bununla yanaşı, bu faktor şəxsiyyətin formalaşmasında müəyyən fəsadlara gətirib çıxarır".

Psixoloq yüngül və ağır cinayət törədən yeniyetmələrin bir yerdə saxlanılmasının onların psixologiyasına təsirindən də danışıb:

"Əgər söhbət islah prosesindən gedirsə, burada cinayət dərəcəsinə görə bölgü aparılmalıdır. Onların tərbiyə olunmasına fərqli istiqamətdən yanaşılmalıdır. Onların bir yerdə saxlanması doğru deyil. Eyni zamanda ağır cinayət törədən gənclərin yüngül cinayət törədən gənclərə təsirinin qarşısını almaq lazımdır. İstənilən yeniyetməyə qarşı bu dönəmdə həssaslıq nümayiş olunmalıdır. Xüsusən də, yeniyetmə azadlıqdan məhrum edilibsə, bu məsələ bir az da ciddiləşir. Belə gənclərdə aqressiya daha da sərt olur.

Buna sublimasiya deyilir. Bu zaman onların zamanları müxtəlif istiqamətlərdə şaxələndirilir ki, bu da həm aqressiyanı aradan qaldırır, həm də zamanın faydalı işlərə sərf olunmasına səbəb olur. Bu yeniyetmənin sosial adaptasiyasını təmin edir. Ümumilikdə, onları azadlığa hazırlamaq lazımdır, məhbusların aqressiyası cəmiyyətə yansımamalıdır".

Qeyd edək ki, rəsmi statistikaya görə, ölkədə cinayətlərin 4 faizi yetkinlik yaşına çatmayan uşaqlar tərəfindən törədilir.

Tarix
2015.11.03 / 08:30
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla