Yuxarı

Orxan Əsgərovun cənazəsi Bakıya gətirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orxan Əsgərovun cənazəsi Bakıya gətirildi - Video

18:43

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.

Axar.az-ın məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

***

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

Məlumata görə, buna səbəb İran tərəfinin tələbi olub.

***

Azərbaycan diplomatlarını və Orxan Əsgərovun cənazəsini Bakıya gətirən təyyarə artıq Tehrandan havaya qalxıb.

Yaxın saatlarda təyyarənin Heydər Əliyev Hava Limanına enməsi gözlənilir.

***

Bu dəqiqələrdə İrandan diplomatlarımızı və şəhid Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib.

Tarix
2023.01.29 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla