Yuxarı

Bakının məşhur parkı bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oturacaqları qırılan, uşaqlar üçün ayrılan əyləncə məkanları, istirahət zonası uzun müddət istifadədən dolayı qismən yararsız hala düşən Nərimanov parkı təmirə bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət parkında əsaslı təmir işlərinə başlanılır:

“Aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklərin dəyişilməsi, müasir oturacaqların quraşdırılması, fəvvarə meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb. Qeyd edək ki, aparılacaq abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək”.

Tarix
2023.02.27 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Müharibə nəticəsində Azərbaycana 19 milyard ziyan dəyib

Tərtərə işğal nəticəsində nə qədər ziyan dəyib?

Neft Daşları-Dübəndi neft xəttində sızma baş verdi

Ermənistanla sərhəddə görüş keçirildi, razılıq əldə edildi

İlham Əliyev Bakıda bu yeni parkın açılışında - Foto

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Ceyhun Bayramov geniş kollegiya iclası keçirdi

Azərbaycan hərbçilərinin iştirak etdiyi təlim başa çatdı

Sumqayıtda bu məscidlər sökülüb? - Rəsmi açıqlama

Bakının Kiyevə humanitar yardımı: Britaniyadan reaksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla