Yuxarı

Oleq Bakinskinin vəsatəti təmin edilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oleq Bakinskinin vəsatəti təmin edilmədi

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə Oleq Krapivinin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Vəkil bildirib ki, müvəkkilinin səhhətində problem var. Məhkəmə vəsatəti təmin etməyib.

İttihama görə, zərərçəkən kimi tanınan V.Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

Oleq Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən “Babək Plaza”da görüşüb. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.

Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapçast” Açıq Səhimdar Cəmiyyəti və “Promışlennıye Postavkı Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar. Sonuncu eyni zamanda CM-in 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.

Tarix
2025.02.07 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Andrey Babiş Azərbaycana gəldi

Azərbaycan neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla