Yuxarı

Hacı Şahini əvəzləyən şəxs barədə maraqlı məlumatlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahini əvəzləyən şəxsin kimliyi məlum olub.

Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, bundan sonra Hacı Şahini Hacı Elbrus Kərimov əvəz edəcək. Bu gün saat 13:00-da möminlər Məşədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qılacaqlar.

Hacı Elbrus Kərimov kimdir?

Hacı Şahinin xələfi gənc olsa da, məscid camaatı tərəfindən yaxşı tanınır.

Hacı Elbrus Kərimov 5 noyabr 1992-ci ildə anadan olub. Hacı Şahinin əsas yetirmələrindən biri sayılır. Azərbaycan dili ilə yanaşı, ərəb və rus dillərini bilir. Hazırda Darül-Hikmət Elm və Tədris mərkəzində müəllim və elmi işçidir.

Mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil almağa başlayıb.

Darül Hikmət Elm və Tədris Mərkəzində rus və Azərbaycan bölməsində ərəb dili, fars dili, şəriət və üsul dərslərini tədris edir.

“Dini anlama məntiqi” adlı kitabın müəllifidir. Kitaba ön sözü müəllimi Hacı Şahin Həsənli yazıb. Mərhum ilahiyyatçı yazmış olduğu ön sözdə tələbəsinin zehni əməyini yüksək qiymətləndirib.

Sələfindən fərqli olaraq, Elbrus Kərimov sosial şəbəkələrdə o qədər də fəal deyil. Onun İnstaqram hesabını cəmi 725, Yutub hesabını isə 563 nəfər izləyir.

Mərhum Hacı Şahin Həsənlinin öz sevimli tələbəsi Hacı Elbrusa həmişə dəstək olduğu bildirilir. Hacı Şahin sağlığında bir neçə dəfə Məşədi Dadaş məscidində cümə namazının Hacı Elbrus Kərimov tərəfindən qılınmasına şərait yaradıb.

Hacı Elbrus Kərimov ailəlidir, bir qız, bir oğul atasıdır.

Tarix
2023.03.10 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla