Yuxarı

Analoq TV yayımı tamamilə dayandırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Analoq TV yayımı tamamilə dayandırılır

Bu il dekabrın 31-də Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.

Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bununla bağlı üzərinə öhdəlik götürüb.

İ.Məmmədov rəqəmli yayıma keçidin uzanması məsələsinə də aydınlıq gətirib:

"Azərbaycan ərazisinin böyük hissəsi rəqəmli televiziya yayımı ilə təmin olunub. Lakin rəqəmli yayımla paralel olaraq analoq yayım da tətbiq olunub. Çünki bəzi yerlər var ki, orada vətəndaşlar rəqəmli yayımdan istifadə edə bilmirlər. Buna görə də biz analoq yayımın vaxtını uzatmağa məcbur olduq. Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında öhdəliyinə görə, bu ilin sonunda analoq yayımı tamamilə dayandırmalıyıq".

Azərbaycan telekanallarının daha keyfiyyətli yayımı məsələsinə toxunan MTRŞ rəsmisi qeyd edib ki, yeni ildən bir neçə kanal HD yayıma keçəcək: "Artıq "CBC Sport" kanalı HD keyfiyyətdə yayımlanır.

Yeni ildən isə İdman Azərbaycan və AzTV də bu yayıma keçəcək. Hələlik 3 kanal HD-də yayımlanacaq. Gələcəkdə digər telekanalların da daha keyfiyyətli formatda yayımlanacağı istisna deyil".

Tarix
2015.11.19 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla