Yuxarı

Virus təhlükəsindən necə qorunaq? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Virus təhlükəsindən necə qorunaq? - Ekspert

Bu gün səhər saatlarında milyonlarla istifadəçinin Feysbuk hesabında problem yaranıb. Hazırda isə sosial şəbəkədə müxtəlif qruplar şəkilində viruslar mesaj olaraq yayılmaqdadır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, yaranan vəziyyətlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi ciddi maraqlanmalı və insanlara məlumat verməlidir.

"Prezident fərmanı ilə yaradılan qurum məhz qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdehdir. Yəni bu qurum həm qabaqlayıcı addımlar atmalı, təhlükə ilə bağlı xəbərdarlıqlar etməli, həm də problemlərin aradan qaldırılmasında istifadəçilərə metodiki-informasiya dəstəyi göstərməlidir. Öz internet saytı, internet media, televiziya vasitəsilə bunu bütün istifadəçilərə çatdırmalıdır. Mənim fikrimcə, əsas virus deyil, ona olan reaksiyadır. Yəni buna cavab verən dövlət qurumu öz saytında məlumat verməlidir ki, bəli, xəbərimiz var, problemi aradan qaldırmaq üçün iş aparılır. Dünya praktikasında belədir. Təəssüf ki, bu qurumun saytlarında hələlik nə xəbərdarlıq var, nə də metodiki dəstəklə bağlı informasiya".

Ekspert həmçinin insanların ehtiyyatlı olması məsələsinə də toxunub:

"Sosial şəbəkə istifadəçiləri gələn mesajları açmamalı, göndərilən faylları aktiv etməməlidirlər. Kompüterlərində də daha çox təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Antivirus proqramlarından istifadə etmələri məsləhətdir. Virus gələn qruplardan adi qaydada çıxmaq lazımdır. Həmçinin Feysbuk hesablarının təhlükəsizliyinə diqqət etməlidirlər ki, şifrələr oğurlanmasın. Dərhal şifrələri dəyişməli, həmçinin o hesaba bağlanan email ünvanlarının təhlükəsizliyinə də diqqət etməlidirlər".

Tarix
2015.11.20 / 14:21
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla