Yuxarı

Feysbuk istifadəçilərinə - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Feysbuk istifadəçilərinə - Xəbərdarlıq

Feysbukda hesabınızda şəxsi mesaj bölməsindən göndərilən mesajlara əlavə olunan keçidlərə, dostlarınızın profillərində və ya ana səhifədə paylaşılan keçidlərə daxil olmayın.

Elektron Təhlükəsizlik Mərkəzindən Axar.az-a daxil olan məlumatda bildirilir ki, Feysbuk sosial şəbəkəsində şəxsi mesajlar bölməsindən istifadəçilərə spam mesajlar göndərilir. Şəxsi mesaj xanasından göndərilən spam mesajlar aldadıcı xarakter daşıyır və istifadəçilərin kompüterinə ziyanverici proqramın yüklənməsinə gətirib çıxarır. ETM şəxsi mesaj bölməsindən göndərilən mesajlara əlavə olunan keçidlərə, dostlarınızın profillərində və ya ana səhifədə paylaşılan keçidlərə daxil olmamağı tövsiyə edir. Həmçinin keçidə kliklənən, bu halda kompüterə endirilən faylı açmaq məsləhət görülmür.

ETM-dən həmçinin deyilir ki, əgər ziyanverici proqram artıq kompüterinizə yayılmışsa, bu halda kompüterin İdarəetmə panelindən (Control Panel) kompüterə yüklənən tanımadığınız proqramları silin (Uninstall). Brauzerin Extensions (genişlənmə) bölməsindən bütün genişlənmələri silin. Feysbukda Uyğulamalar bölməsində olan proqramları da silin. Bunun üçün Tənzimləmələr bölməsini seçin və Uyğulamalara daxil olun. Uyğulamaların adlarının sağ tərəfində "sil" əmrini seçin. Həmçinin antivirus vasitəsi ilə kompüterinizi viruslardan təmizləyin. Bununla yanaşı, brauzerin silinməsi və yenidən kompüterə yüklənməsi məqsədəuyğun hesab olunur.

Qeyd edək ki, Mərkəzin əməkdaşları problem üzərində işləri davam etdirir və əlavə məlumat veriləcək.

Tarix
2015.11.21 / 13:19
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla