Yuxarı

Şəmkirdə polis qadına işgəncə verib? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdə polis qadına işgəncə verib? – Video

Şəmkir rayonunda polisin bir qadına qarşı törətdiyi şiddətə Daxili İşlər Nazirliyindən reaksiya verilib.

Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yenipress.az-a açıqlamasında sosial şəbəkələrdə Şəmkir rayon Çinarlı qəsəbə sakini olan bir qadına qarşı zor tətbiq edilməsi ilə bağlı görüntülərin təhrif olunmuş şəkildə təqdim edildiyini bildirib.

“Məlumat üçün qeyd edim ki, mart ayının 30-da Şəmkir Rayon Polis Şöbəsinə Şəmkir İcra və Probasiya Şöbəsindən rayon sakini Vəzifə Musayevanın icra işinə maneə yaratması və icra məmuruna qarşı zor tətbiq etməsi barədə akt, rayon sakini Vəzifə Musayeva tərəfindən isə icra məmuru tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir Rayon Məhkəməsində tələbkar vətəndaşın mülkiyyətindəki torpaq sahəsində olan 3 nəfər vətəndaşın çıxarılması ilə bağlı qərar qəbul edilərək, İcra və Probasiya Şöbəsinə göndərilib. İcra məmurları vəzifə borclarını yerinə yetirən zaman Vəzifə Musayeva onların qanuni tələblərinə tabe olmayaraq onlara maneə yaradıb, icra prosesi dayandırılmasa, əməkdaşlara və özünə xəsarət yetirəcəyini bildirib. Niyyətinə nail ola bilmədikdə isə V.Musayeva özünə daşla xəsarət yetirərək İcra Xidmətinin əməkdaşları tərəfindən döyüldüyünü bildirərək polisə müraciət edib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - o bildirib.

Həmin görüntüləri təqdim edirik:

Tarix
2023.03.31 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla