Yuxarı

Fazil Mustafanı güllələyən şəxslər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafanı güllələyən şəxslər həbs edildi

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb.

Axar.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 28-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Tarix
2023.04.04 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bunu davam etdirəcəyik

Çexiyaya qonşu olan ölkələrə təbii qaz veririk - Prezident

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır

İlham Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış edir

İlham Əliyevin Babişlə geniş tərkibdə görüşü başa çatdı

Qəbələdə Əliyevlə Babişin təkbətək görüşü keçirildi

Prezident onu Qəbələdə qarşıladı - Foto

Bakıya xaricdən 200 jurnalist gəlir - Böyük maraq

İlham Əliyev Cənubi Afrika prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla